Menu

Azərbaycan idmançıları Dünya Kubokunda medal qazana bilməyib

27.03.2019, 10:22
Azərbaycan idmançıları Dünya Kubokunda medal qazana bilməyib

Meksikanın Akapulko şəhərində stend atıcılığı üzrə keçirilən Dünya Kuboku başa çatıb.

ONA-nın məlumatına görə, yarışda Azərbaycan millisi də iştirak edib.

Snayperlərimiz mükafatçılar sırasına düşə bilməyib. Belə ki, skit növündə mübarizə aparan Nurlana Cəfərova 45-ci yeri tutub. Cəmi 4 idmançını qabaqlayan həmyerlimiz 101 xal toplaya bilib.

Millimizin digər üzvü Emin Cəfərov isə kişilər arasında keçirilən skit yarışında 50-ci pillədə qərarlaşıb. O, 117 xal yığıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol