Menu

Ərdoğan sonuncu iclasını keçirdi - Video

26.08.2014, 08:58
Ərdoğan sonuncu iclasını keçirdi - Video

28 avqustdan rəsmi olaraq yeni vəzifəsinə başlayacaq olan Rəcəb Tayyib Ərdoğan Baş nazir kimi sonuncu yığıncağa rəhbərlik edib.

Axar.az xəbər verir ki, 4 saat davam edən Nazirlər Kabinetinin iclasına Ərdoğan rəhbərlik edib.

Davudoğlunun yeni quracağı hökumətə daxil ola bilməyəcək nazirlər də son dəfə bir araya gəlib.

Qeyd edək ki, Türkiyə Baş naziri Ərdoğan 28 avqustda Prezident Abdullah Güldən prezidentlik postunu təhvil alacaq. Bununla da Türkiyədə Nazirlər Kabinetində 62-ci dəfə heyət dəyişikliyi ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol