Menu

Bakıda yolu keçən qadını maşın vuraraq öldürüb

27.03.2019, 19:40
Bakıda yolu keçən qadını maşın vuraraq öldürüb

Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, hadisə Məhəmmədi-Zabrat yolunda qeydə alınıb. 1995-ci il təvəllüdlü Abuzərli Ceyhun Qurban oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən qadını vurub. Nəticədə piyada xəstəxanaya çatdırılan zaman ölüb.

Araşdırmalar nəticəsində dünyasını dəyişən piyadanın Maştağa qəsəbə sakini, 1969-cu il təvəllüdlü Səlimova Dilarə Sabir qızı olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol