Menu

Bu gün həmsədrlər Azərbaycan və Ermənistanın XİN başçıları ilə görüşəcəklər

28.03.2019, 15:30
Bu gün həmsədrlər Azərbaycan və Ermənistanın XİN başçıları ilə görüşəcəklər

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərilə görüşəcəklər.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında martın 29-da keçiriləcək görüşü şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə görüşü çərçivəsində bütün məsələlər, o cümlədən, yəqin ki, sözügedən məsələ də müzakirə olunacaq”, - deyən Rusiya rəsmisi görüş zamanı regiondakı vəziyyətin təhlil olunacağını dilə gətirib.

Şərhlər

Mirzə AĞ 2019-03-28 15:30:46

Ayağı sürüşkən, pis əxlaqlı "yengə"lərdən imtina etməyin vaxtı deyilmi?!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol