Menu

DYP rəisi işdən çıxarılıb

29.03.2019, 08:30
DYP rəisi işdən çıxarılıb

Zərdab rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Rəşad Xəlilov vəzifəsindən azad edilib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumatına görə, Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Onun yerinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini, polis mayoru Azər Əfəndiyev tutduğu vəzifədən azad edilərək Zərdab rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol