Menu

Əlilliyin qiymətləndirilməsi zamanı 7 fəaliyyət kateqoriyası nəzərə alınacaq

29.03.2019, 17:00
Əlilliyin qiymətləndirilməsi zamanı 7 fəaliyyət kateqoriyası nəzərə alınacaq

İnsanın həyat fəaliyyətinin əsas kateqoriyalarının təsnifatları əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınacaq.

ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Əlilliyin müəyyən olunması meyarları" barədə qərar layihəsində öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, insanın aşağıdakı əsas həyat fəaliyyəti kateqoriyaları əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınır:

1. Özünəqulluq bacarığı;

2. Sərbəst hərəkətetmə bacarığı;

3. İstiqamət seçmə bacarığı;

4. Ünsiyyət bacarığı;

5. Davranışına nəzarət etmə bacarığı;

6. Öyrənmə bacarığı;

7. Əmək fəaliyyəti bacarığı.

Sənəd 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Şərhlər

t.ədalət 2019-03-29 17:00:17

Hökumətin əsas problemləri qalıb, düşüblər əlillik dərəcələrinin üstünə.Əlillik həmişə xəstə adamlara verilib.Sadəcə olaraq,həkimlər həmişə əllərini xəstə adamların cibinə soxmağa adət ediblər.Sağlam adamlara heç vaxt əlillik verilməyib.Hörmətli nazir S.Babayev,yaxşı olar ki,hərbi xidmətə getməməsi ilə məşğul olsun.O universiteti bitirəndə hərbi kafedralar işləmirdi..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol