Menu

Bolqarıstan öz ərazisində NATO bazası yerləşdirməkdən imtina etdi

30.03.2019, 12:52
Bolqarıstan öz ərazisində NATO bazası yerləşdirməkdən imtina etdi

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Bolqarıstan öz ərazisində NATO bazaları yerləşdirməyi planlamır.

Bu barədə Baş nazirin müavini və ölkənin müdafiə naziri Krasimir Karakaçanov xəbər verib. O, eyni zamanda bildirib ki, ölkəsi alyansın «loyal həmkarı» olaraq qalacaq.

Onun sözlərinə görə, hələlik Bolqarıstandan özünün Qara dəniz hərbi-dəniz bazalarından NATO və ABŞ-ın istifadə etməsi məsələsi xahiş olunmayıb.

O, həm də qeyd edib ki, Bolqarıstan hakimiyyəti digər dövlətlərlə «neqativ gərginlik» yox, «kompromis axtarmağa» köklənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol