Menu

“Bu görüşü Azərbaycanın diplomatik üstünlüyü kimi qəbul edə bilərik” - Tofiq Zülfüqarov

30.03.2019, 14:38
“Bu görüşü Azərbaycanın diplomatik üstünlüyü kimi qəbul edə bilərik” - Tofiq Zülfüqarov

“Danışıqların formatının Ermənistanın iddia etdiyi istiqamətdə dəyişməməsini Azərbaycanın diplomatik üstünlüyü kimi qəbul edə bilərik”.

Bunu Modern.az-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan və Azərbaycan rəhbərlərinin Vyana görüşünü şərh edərkən söyləyib. Onun sözlərinə görə, Azərbaycan ictimaiyyəti dəqiq bilir ki, danışıqlar və vasitəçilər yolu ilə torpaqlarımızı işğaldan azad etmək mümkün olmayacaq:

“Çünki Ermənistan danışıqlara ciddi yanaşmır. Nikol Paşinyan hakimiyyətə gələndən sonra daha populist, iddialı mövqe ilə çıxış etməyə başladı. Onun bu cür populist çıxışlarının həmsədrlər tərəfindən qarşısı alındı. Qeyd edildi ki, nə danışıqların formatı, nə də mövzusu dəyişəcək. Bu çox vacib məsələdir.

Ermənistan baş naziri deyirdi ki, torpaqların azad olunması məsələsini müzakirə etmirik. Amma danışıqlara qatılıb və bu mövzu həmsədrlərin bəyanatında da vurğulandığı kimi müzakirə olunub. Təbii ki, bu müzakirə heç bir fayda verməyəcək. Çünki Ermənistanın konstruktiv mövqeyi yoxdur. Hər halda beynəlxalq qurumların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hazırki mövqeyi göstərməsi təbliğati baxımdan vacib hadisədir”.

Şərhlər

t.ədalət 2019-03-30 14:38:24

Hörmətli Tofiq müəllim,Siz hansı üstünlükdən bəhs ediursiniz?ermənilər 25 ildən çoxdur ki,əraziləri işğal ediblər və həmin ərazilərdə kütləvi məskunlaşıblar.Azərbayca XİN-yi heç bir görüşdə ərazilərdə məskunlaşan ermənilərin oradan çıxarılmasını dilə gətirmir.DQ,artıq İsrailin işğal etdiyi Qolan təpələri və İngiltərənin işğal etdiyi Cəbəlüttarix bərzəxinə çevrilib...Vəziyyət ildən-ilə ermənilərin xeyrinə dəyişir.Ərazilərdə istədiklərini edirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol