Menu

"Belə görürəm ki, bir neçə rayonu güzəştə getməliyik..." - Qarabağın keşişi

26.08.2014, 13:28
"Belə görürəm ki, bir neçə rayonu güzəştə getməliyik..." - Qarabağın keşişi

Erməni Apostol Kilsəsinin Qarabağ Yeparxiyasının başçısı arxiyepiskop Parqev Martirosyan Azərbaycanın nəzarətinə qaytarılacaq ərazilərdən danışıb.

ANS-in məlumatına görə, Soçi görüşlərini şərh edən erməni keşiş deyib:

“Həyat təcrübəmdən və son 20-30 ilin hadisələrindən belə görürəm ki, Dağlıq Qarabağ bir neçə rayonu güzəştə getməlidir, referendum keçirilməlidir və bizə nazik dəhliz verməlidirlər. Ancaq təhlükəsizliyimizə zəmanət yoxdur”.

Arxiyepiskop Parqev Qarabağ danışıqlarına və ATƏT-in Minsk Qrupunun fəaliyyətinə inanmadığını da bildirib. O, ümidlərinin yalnız Rusiya liderinə bağlı olduğunu vurğulayıb: “Soçi görüşlərindən sonra vəziyyət sakitləşdi. Buna görə Vladimir Putinə minnətdar olmalıyıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol