Ermənistanın ən varlı klublarından biri hesab edilən “Mika”nın stadionu hərraca çıxarılıb.
ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Ədliyyə Nazirliyi açıqlama yayıb.
Bakıda anadan olan erməni iş adamı Mixael Baqdasarova məxsus klub maliyyə çətinlikləri ilə üzləşib. Klubun stadionunun satış qiymətinin 9 milyard dram (təxminən 17 milyon manat) olduğu bildirilir. Hərracın son tarixi 4 sentyabrdır.
Qeyd edək ki, Mixael Baqdasarov 1959-cu ildə Bakıda anadan olub. 55 yaşlı iş adamı Moskva Dövlət Universitetinin iqtisadiyyat fakultəsini bitirib.


Şərhlər