Ukrayna silahlı qüvvələri tərəfindən saxlanılan Rusiya hərbçiləri sərhədi təsadüfən keçiblər.
Axar.az İTAR.TASS-a əsasən bildirir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib. O, Ukrayna hərbçilərinin də həm qrup şəklində, həm də tək-tək dəfələrlə sərhədi keçib RF ərazisinə daxil olduğunu qeyd edib.
Donetsk vilayətində 10 nəfər rus desantından ibarət qrupun saxlanması haqqında bu gün xəbər verən Ukrayna TX-nin bildirdiyinə görə, saxlanılan hərbçilər Rusiya HQ Hərbi-desant qoşunlarının 98-ci Svir diviziyasının 331-ci alayının döyüşçüləridir.


Şərhlər