Menu

NATO gəmiləri Gürcüstanın ərazi sularına daxil olub

01.04.2019, 14:12
NATO gəmiləri Gürcüstanın ərazi sularına daxil olub

NATO-nun gəmiləri Gürcüstanın Poti limanına daxil olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, gəmilər Gürcüstanın Sahil Mühafizəsi Xidmətinin 2 gəmisi ilə birgə təlimlər keçirəcəklər.

Təlimlərdə Niderlandın “HNLMS Evertsen”, Türkiyənin “TCG Yildirim”, Rumıniyanın “ROS Regele Ferdinand” və Bolqarıstanın “BGS DRAZKI” gəmiləri də iştirak edəcəklər.

Təlimlərin məqsədi Gürcüstanın dəniz qüvvələri və NATO arasında qarşılıqlı əlaqələrin və uyğunluq səviyyəsnin artırılmasıdır.

NATO-nun Daimi Hərbi Dəniz Qrupunun gəmiləri Gürcüstanın ərazi sularını aprelin 4-də tərk edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol