Menu

Şəhid ailələrinin kreditlərinin 1 000 manata qədəri bağışlanacaq

02.04.2019, 13:29
Şəhid ailələrinin kreditlərinin 1 000 manata qədəri bağışlanacaq

Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

Assosiasiyadan verilən məlumata görə, iclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1000 (min) AZN qədər kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilib.

Bundan sonra da banklara bu istiqamətdə əlavə güzəştlər edilməsi imkanlarının araşdırılması tövsiyə edilib.

Şərhlər

məmmədqulu 2019-04-02 13:29:35

Bu silinmələrdə Elman əkə və onun şərikləri nə qədər qazanacaqlar????????

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol