Menu

"Mbappe "Real Madrid"ə gələcək" - Florentino Peres

02.04.2019, 21:30
"Mbappe "Real Madrid"ə gələcək" - Florentino Peres

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe İspaniya təmsilçisi “Real Madrid”ə keçəcək.

“Report” “Mundo Deportivo”ya istinadla xəbər verir ki, belə bir iddia ilə madridlilərin prezidenti Florentino Peres çıxış edib.

Onun sözlərinə görə, Fransa yığmasının 21 yaşlı hücumçusu bu il də olmasa, gələn il “Kral klubu”na gələcək: “Mbappenin “Real Madrid”ə gələ biləcəyini düşünürəm. O, bunun üçün yetərincə yetkin biridir. Kilian daha böyüyə biləcək yaxşı oyunçudur. “Real Madrid”ə bu il gələ bilməsə, növbəti il bunu mütləq edəcək”.

Qeyd edək ki, Mbappenin PSJ ilə 2022-ci ilin iyuluna qədər müqaviləsi var. “Real Madrid”in onun üçün 280 milyon avro ödəməyə hazır olduğu deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol