Forbes jurnalı yazır ki. bir neçə ay qabaq Rusiya rəsmiləri deyirdilər ki, Qərbin sanskiyaları Rusiya iqtisadiyyatına təsir etməyəcək.
İndi isə iqtisadi inkişaf naziri Aleksei Ulyukayev Vedomosti qəzetində yazıb ki, Rusiya iqtisadiyyatı mənfi siklə daxil olub.
Forbes yazır ki,Rusiya iqtisadiyyatının sürəti 2012-ci ildən azalıb. Avropa iqtisadiyyatının zəifləməsi də buna təsir edib.
Britaniyanın 333 milyard dollarlıq Standard Life İnvestments fondunun iqtisadçısı Nicolas Jaquer deyir ki, onların belə böyük fondunda Rusiya şirkətlərinin səhmləri çox azdır. Onun sözlərinə görə, Ukrayna böhranı başlanandan onların fondu “Rusiya iqtisadiyyatı haqda mənfi fikirdədir.” /AzadlıqRadiosu


Şərhlər