Ağcabədidən Bakıya gələn 28 yaşlı qız itkin düşüb.
Trend-in məlumatına görə, Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Sadıqova Bəsti Allahverdi qızı bir neçə gün əvvəl rayonda yaşadığı evdən çıxaraq itkin düşüb.
B.Sadıqova evdən çıxarkən Bakıya qohumunun evinə getdiyini deyib.
Ailə üzvlərinin dediyinə görə, B.Sadıqovanın psixi pozuntuları var.
B.Sadıqovanı sonuncu dəfə Bakı şəhəri, Səbail rayonu ərazisində görüblər.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər
BU yaşda qız itgin düşməz.Ehtimalən telefon və ya internetlə tanış olub və tanışının yanındadır.