İKİ QURUMDAN BİRGƏ ƏMƏLİYYAT - Bu qida satışdan çıxarılır (Yenilənib)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluq zərərli uşaq qidası ilə bağlı birgə məlumat yayıb.

AQTA-dan verilən məlumata görə, Agentliyin 1003 “Çağrı Mərkəzi”nə “Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib.

Araşdırmalar zamanı müxtəlif satış şəbəkələrində “Malyutka-2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilib və məhsulun içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunub. Laborator müayinələrin aparılması üçün məhsullardan nümunələrin götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib. Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər “Malyutka–2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur.

Araşdırmaların nəticəsinə dair ictimaiyyətə əlavə məlumatlar veriləcək.

Azərbaycanda “Malyutka-2” əmtəə nişanlı uşaq qidasının distributoru "Veysəloğlu" şirkətidir.

"Report"un əldə etdiyi məlumata görə, ölkədə “Malyutka” uşaq qidasının satışını bu şirkət həyata keçirir.

[gallery size="full" columns="4" ids="503428,503429,503431,503551"]

635x100

Şərhlər

Fuad 2019-04-04 18:25:56

...bunu respublikaya getirilende nezeret olmalıdır ki satışa çıxarılmasın.Bu xalq yazıq deyil

EJDER 2019-04-04 18:25:56

HA HA HA,BRAVO .MOLODES...2 QURUM...Q HEREKETE KECDI.,,VEYSELOQLU,,NU MUKAFATLANDIRMAQ LAZIMDI,ANALOQU OLMAYAN INKIWAFIMIZDA VERDIYI SEMERELI,DAYANIQLI MILLATI ZERLEDIYINE GORE,,WOHRET .,,ORDENI ELADI...HA HA HA CAQRI MERKEZI KRUQLOSUTOCNA ACIQDI.HA HA HA QYRI MILLETDE BELE WEYE GORE ,,VEYSELOQLUNUN.,,...LER.HAQSISLIQ BAW ALIB GEDIR

Son yazılar