Menu

Rusiya XİN Paşinyanın Vyana görüşü ilə bağlı bəyanatını şərh edib

04.04.2019, 19:11
Rusiya XİN Paşinyanın Vyana görüşü ilə bağlı bəyanatını şərh edib

Rusiya Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həll olunmasına tərəfdardır.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra verdiyi bəyanatları şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Konkret fikirlərə qiymət verə bilməsəm də, Rusiyanın bu məsələnin siyasi yolla həllinə tərəfdar olduğunu bir daha təsdiq edə bilərəm”, - deyən Rusiya rəsmisi sözügedən məsələdə, ilk növbədə, tərəflər arasında qarşılıqlı razılaşmalara üstünlük verdiklərini qeyd edib.

“Əgər müəyyən məsələlərə və ya məqamlara dair mövqelər yaxınlaşırsa, biz bunu alqışlayırıq. Əgər bununla bağlı vasitəçilik etmək lazımdırsa, onda biz də ATƏT-in Minsk qrupu həmsədri olaraq öhdəliklərimiz çərçivəsində, əlbəttə ki, bu yardımı göstərməyə hazırıq. Prosesləri dəstəkləyir, təmasları saxlayırıq”, - M.Zaxarova fikrini tamamlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol