Menu

Binəli Yıldırıma verilən səslərin sayı 11 min artdı - Sayım davam etdikcə fərq azalır

04.04.2019, 19:46
Binəli Yıldırıma verilən səslərin sayı 11 min artdı - Sayım davam etdikcə fərq azalır

AKP-nin etirazından sonra İstanbulda bələdiyyə seçkiləri üçün səs verilən 530 sandıqda səslər yenidən sayılıb. NTV xəbər verir ki, sayımdan sonra AKP-nin namizədi Binəli Yıldırımın lehinə 11 min 109 səs artıb.

Bununla da CHP-nin namizədi Əkrəm İmamoğlu ilə aradakı fərq 19 minə düşüb.

AKP sədrinin köməkçisi Əli İnsan Yavuz bildirib ki, 5857 sandıqda isə etibarsız səslər yenidən sayılıb. Onlardan 1641-i Binəli Yıldırım lehinə olub.

Qeyd edək ki, hazırda bir neçə qəsəbədə yenidən sayım davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol