Menu

1 MİLYON DOLLARA TELEDEBAT! - MSK maliyyələşdirməkdən imtina etdi

05.04.2019, 18:35
1 MİLYON DOLLARA TELEDEBAT! - MSK maliyyələşdirməkdən imtina etdi

“AzPolitika.info” xəbər verir ki, Ukraynada prezident seçkisinin ikinci turunda namizədlərin teledebatı ilə bağlı ziddiyyətli mənzərə yaranıb. Xəbər verildiyi kimi, hazırkı prezident Pyotr Poroşenko ilə aktyor Vladimir Zelenski Kiyevin “Olimpiyski” stadionunda debat keçirmək barədə razılığa gəliblər.

Teledebat istəyi ilk olaraq, Poroşenko tərəfindən irəli sürülmüş, ancaq ilk mərhələdə Zelenskinin nümayəndələri bundan imtina etmişdilər. Lakin sonradan Zelenski belə bir qarşıdurmadan qaçmaq niyyətində olmadığını bildirmiş, müəyyən şərtlər daxilində teledebata hazır olduğunu demişdi. Şərtlərə namizədlərin alkoqol və narkotrik asılılığı ilə bağlı tibbi müayinədən keçməsi və debatın stadionda keçirilməsi kimi məsələlər aid edilmişdi.

Poroşenko şərtlərin əksəriyyəti ilə razılaşaraq, həm tibbi müayinədən keçmiş, həm də debatın stadionda keçirilməsinə razılıq vermişdi. Artıq hər iki namizəd tibbi müayinədən keçib və ilkin nəticələr Poroşenkonun “təmiz çıxdığını” göstərib. Zelenskinin nəticələri isə 3 gün ərzində açıqlanacaq.

Debatın məhz stadionda keçirilməsi ilə əlaqədar isə müəyyən çətinliklər meydana çıxıb. Belə ki, bu debatın təşkilinə 1 milyon dollara yaxın vəsait ayrılmasına ehtiyac yaranıb. Stadionun icarəsi, müvafiq səhnənin quraşdırılması, texniki təminat, təhlükəsizliyin təmin edilməsi və digər xidmətlər hesablandıqdan sonra ortaya 1 milyon dollara yaxın rəqəm çıxıb. Lakin ölkənin Mərkəzi Seçki Komissiyası bu vəsaiti ödəməkdən birmənalı olaraq, imtina edib. MSK rəhbəri bunu onunla əsaslandırıb ki, seçki qanunvericiliyində debatların yalnız televiziya studiyalarında keçirilməsi nəzərdə tutulur. Və deməli, stadion ideyasını kimlər irəli sürüblərsə, xərci də onlar özləri çəkməlidirlər.

Poroşenko MSK-nın qərarına hörmətlə yanaşdığını və xərcin yarısını ödəməyə hazır olduğunu bildirib. Bu da azmış kimi, prezident hətta bir yox, bir neçə debat keçirilməsinin tərəfdarı olduğunu deyib. Zelenski isə hələ ki, məsələ ilə bağlı mövqeyini açıqlamayıb.

Bu arada “qara bazarda” artıq bu debata bilet satan fırıldaqçılar da peyda olub. Biletlərin qiyməti 5 dollardan 70-80 dollara qədər dəyişir. Lakin polis belə təkliflərə aldanmamağa çağırır və fırıldaqçıları yaxalamağa çalışır.

Şərhlər

Geber 2019-04-05 18:35:34

Poroşenkonun vəzifəsi tələxəkə maksimal dilmancliq etməkdir . ki şimpanze təkamül nəzəriyyəsinin ziddinə , bir başa bimədiyi fransuz lüğətli dillə , cox ağilli kəlamlarla təqdimatini stadiondan , atomar hala salinmiş millətə catdirsin

fransuz lüğətlə qorilla Carqsyan kamera qabaqinda Paşinyana dedi , ki :- sən haqlisan mən yox!

Əvvala stadiona 1-ci təlxək dəvət etdi Poroşenko razilaşdi bu hal yazdiqima sübütdür hamisi yox.
Sovetiküs iinsanovin hec vaxt səhf etdiyini istəsə də dilə ğətirməz

Geber 2019-04-05 18:35:34

Komentim yekəxana təssuratli töhfəyə bənzəsə əğər , qabaqcadan üzr istəyirəm. Qədim fars işküzar adətlərində dilmanc anlayişi vardir. Məsələn iran iş adami azəridən Rusiya mali alir , azəri müflüs olür .tanişi soruşanda Məmməd hani? dostu deyir , ki dilmanc cərəyaninda .
Yəni azəri müflüsdir , indi isə iranlilar onu ruslarla qarşi dil bilən , perevodcik , kimi istifadə yox tətbiq edirlər .
Şevardnadze saakaşviliyə , Sarqsyan Paşinyana prezident olmaqa dilmancliq etdilər , amerikaya xoş ğəlmək ücün.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol