Yasamal rayonunda İsmail bəy Qutqaşenlı küçəsində yerləşən “Altes Plaza”-nın 8-ci mərtəbəsində yanğın baş verib.
ONA xəbər verir ki, yanğın məişət tullantıları olan eyvanda başlayıb.
FHN-nin yaxınlığda yerləşən 29№ yanğın mühafizə bölməsi hadisə yerinə 3 texnika və canlı qüvvəsini göndərib. Ümumi səylər nəticəsində yanğının qarşısı alınıb, alovun evin içərisinə keçməyə imkan verilməyib.
“Altes Plaza” təhlükəsizlik xidmətinin rəisi ONA-ya verdiyi məlumata görə, yanğın eyvana tullanmış siqaret kötüyündən başlayıb.
Hadisə zamanı evdə heç kəs olmayıb.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Evdə heç kəs olmayıbsa siqaret kötüyü 8-ci mərtəbədə necə peyda olub?
FHN texnika gonderib deyende ki, duz binanin qabaginda yagin sonduren stansiya var (pojarni).