Menu

Gürcüstandan qanunsuz siqaret keçirilməsinin qarşısını alınıb

06.04.2019, 12:50
Gürcüstandan qanunsuz siqaret keçirilməsinin qarşısını alınıb

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21154" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib.

Bu barədə "Report"a DGK-dan məlumat verilib.

Baxışdan əvvəl şifahi sorğu-sual olunan vətəndaş idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı minik maşınının salonunda - ön oturacaqların içərisində "King" markalı 5000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol