Menu

Şahmat üzrə dünya çempionu Dağlıq Qarabağın azərbaycanlı icmasının uşaqları ilə oyun keçirib

07.04.2019, 15:52
Şahmat üzrə dünya çempionu Dağlıq Qarabağın azərbaycanlı icmasının uşaqları ilə oyun keçirib

Şəmkirdə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının beş məktəbli üzvü ilə şahmat üzrə dünya çempionu Maqnus Karlsen arasında şahmat sülh naminə oyunu keçirilib.

Yarışdan əvvəl məktəblilər ümummilli lider Heydər Əliyevin Şəmkirdəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra Heydər Əliyev Mərkəzində yarışa start verilib. Yarışdan sonra uşaqlar Karlsenə arzularını çatdırıb, onunla şəkil çəkdiriblər. (AzərTAc)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol