Menu

Tramp demokratları "saxtakarlıq"da ittiham edib

07.04.2019, 17:34
Tramp demokratları "saxtakarlıq"da ittiham edib

ABŞ prezidenti Donald Tramp bildirib ki, demokratlar əllərində dəlil olmadan onun Rusiya ilə danışıqlar aparmasını iddia etməklə “böyük yalan”a əl atıblar.ONA-nın verdiyi xəbərə görə, bu barədə “Fox News” məlumat yayıb.

Bunlar hamısı böyük yalandır, demokratlar isə bu yalanı davam etdirirlər, çünki hamısı saxtakarlığa yol veriblər”, - prezident belə deyib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Ədliyyə Nazirliyi “Rusiya məsələsi” üzrə məruzə sənədini tam ictimailəşdirməkdən imtina edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol