Menu

Yerevan yenə qarışdı - "Nikolu tələb edirik!"

08.04.2019, 12:56
Yerevan yenə qarışdı - "Nikolu tələb edirik!"

"Spayka" şirkətinin əməkdaşları Yerevanın mərkəzində Tiqran Mets prospektini bağlayıblar.

Trend-in məlumatına görə, onlar şirkətin direktoru Davdi Kazaryanın həbsinə etiraz edirlər.

Məhkəmənin qarşısında etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Asayiş keşikçiləri D.Kazaryanın olduğu avtomobilin çıxmasına şərait yaratmağa cəhd etsələr də, nümayişçilər mane olmağa çalışıb, hətta maşına zərbələr endiriblər.

Aksiya iştirakçıları "Nikolu (baş nazir Nikol Paşinyan - red.) tələb edirik!" "Sona qədər mübarizə!" şüarları səsləndirirlər.

Qeyd edək ki, Yerevan şəhər məhkəməsi D.Kazaryanın iki ay azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Ona qarşı vergidən yayınma ittihamı irəli sürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol