Menu

"Maduro müxalifətlə danışıqlara hazırdır" - Venesuela DİN

08.04.2019, 23:52
"Maduro müxalifətlə danışıqlara hazırdır" - Venesuela DİN

Venesuela prezidenti Nikolas Maduro ölkənin müxalifət nümayəndələri ilə danışıqlar masasına oturmağa hazırdır.

ONA-nın “TASS” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Venesuelanın daxili işlər naziri Xorxe Arreasa bildirib.

“Maduro və onun hökuməti gözləyir ki, müxalifət xalqa hörmət edəcək və qısa zamanda danışıqlara başlayacaq”, - Arreasa belə deyib.

O, həmçinin Venesuela müxalifətinin “ABŞ asılılığı”ndan qurtulacağına ümidlə yanaşdığını da bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol