Polşa seymi bəyan edib ki, İkinci Dünya Müharibəsi zamanı iqtisadiyyatının məhv edilməsi və əhalisinin kütləvi qırğına məruz qoyulması səbəbilə, Almaniya Polşaya 900 milyard dollar reparasiya ödəməlidir. Bunun üçün Varşava bu il ərzində Berlinə bank-ödəniş hesabı təqdim edə bilər.
Bundan əvvəl Polşa həm də Rusiyadan reparasiya almaq üçün ABŞ prezidenti Donald Trampdan kömək istəyib.
«Polşa İkinci Dünya Müharibəsi zamanı ona vurulmuş ziyana görə, Almaniyaya 900 milyard dollarlıq bank-ödəniş hesabı təqdim edəcək» - belə bəyanatla kompensasiyanın məbləğinin qiymətləndirilməsi üzrə parlament komandasının üzvü Yan Şevçuk çıxış edib.
Bundan əvvəl Polşanın «wPolityce» portalı «İkinci Dünya Müharibsində alman işğalına görə, iqtisadi itkilər» adlı hesabatı dərc edib. Hesabat parlamentin reparasiya üzrə qrupu tərəfindən hazırlanıb.
Sənəddə göstərilir ki, İkinci Dünya Müharibəsində almanların fəaliyyəti nəticəsində Polşa nəhəng itkilər verib.
«Bu, rüsvaçılıqdır! Ona görə ki, almanlar tərəfindən Polşa vətəndaşlarının kütləvi məhvi və iqtisadiyyatının dağıdılması aşkar olduğu halda, son 30 il ərzində görməziyə vurulub. Yalnız Polşa hökumətinin parlament komandası almanlara təqdim olunası bu sənədin hazırlanması istiqamətində real addımlar atıb» - deyə, deputat bildirib.
«Alman siyasətçilərinin polşalılara qanunun aliliyindən «dərs keçməsi» xeyli təəcüblüdür» - deyə, Polşa milli assambleyası aşağı palatasının üzvü qeyd edib.
İkinci Dünya Müharibəsi zamanı Polşaya vurulan 900 milyard dollar zərərin ödənilməsinə qədər Berlin Polşanın fəaliyyətinə yönəlik hər şeydə istisnasız ehtiyatlılığı saxlamalıdır.
O, inandırmağa çalışıb ki, sözügedən məbləğ «tavandan götürülməyib və gerçəkdən, Üçüncü reyxin ordusu tərəfindən Polşaya vurulmüş zərəri əks etdirir».
«Biz, bu məsələdə ardıcıl olacağıq. Bu məsələdə komisiyanın sədri Arkadiuş Mularçikin fəaliyyəti ciddidir. Anlayırıq ki, əgər Almaniyanın hücumu, dağıntılar və polşalı fəalların məhvi olmasaydı, indi biz, çiçəklənən ölkə olardıq» - deyə, siyasətçi bildirib.
Bundan bir ay əvvəl Polşa vətəndaşları ABŞ prezidenti Donald Trampa müraciət edərək, İkinci Dünya Müharibəsi zamanı Polşaya vurulmuş zərərə görə, həm də Rusiyadan reparasiya almaq məsələsində ondan kömək istəyiblər.
Müraciətdə deyilir ki, kompensasiyanın ödənilməsi tarixi ədalətin nailiyyəti və Avrasiyada «yeni şər imperiyasının doğuşu» şəraitində mühüm hadisə olacaq. Müraciətin müəllifləri həm də bəyan ediblər ki, onlar ABŞ-dan qalib-dövlət olaraq xahiş edirlər - onun səyləri nəticəsində bir çox ölkələrə kompensasiya ödənilib.
Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü Oleq Morozov bildirib ki, sözügedən petisiya müharibədən sonra bağlanmış əsas müqavilələri sual altına alır.
«Mən, fikirləşirəm ki, burada məqsəd yalnız təbliğat effektinə hesablanıb. Nədən ki, İkinci Dünya Müharibəsinin nəticələri böyük güclərin və qaliblərin, o cümlədən ABŞ-ın iştirakı ilə rəsmiləşdirilib. Bu məsələdə Vaşinqtona təzyiq həm Podstam, həm də Yalta sazişlərini şübhə altına almış olur» - deyə, deputat qeyd edib.
Federasiya Şurasının digər üzvü Aleksey Puşkov da bildirib ki, əksinə, SSRİ Polşanı alman təcavüzündən azad edib - çoxsaylı insan itkiləri hesabına.
«Polşa Rusiyadan heç bir reparasiya ala bilməyəcək - nə Trampın köməyi ilə, nə də onsuz. Polşa bizə 600 min insanımızın həyatını borcludur - biz onları Polşanın alman işğalından azad edilməsi və dirçəlişi yolunda qurban vermişik. Qoy, Allahdan qorxsunlar - Hitler Polşanı dünya xəritəsindən silmək istəyirdi» - Aleksey Puşkov bəyan edib.
AzPolitika.info


Şərhlər