Menu

"Etiraf edim ki, burada insanlar ağır şəraitdə yaşayırlar" - Baş nazirin müavini

10.04.2019, 14:44
"Etiraf edim ki, burada insanlar ağır şəraitdə yaşayırlar" - Baş nazirin müavini

“Məcburi köçkünlərin məskunlaşdığı Bakının Nizami rayonu, Babək prospektindəki binada baş verən yanğın hadisəsi araşdırılır. Etiraf edim ki, burada insanlar ağır şəraitdə yaşayırlar”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hadisə yerinə baxış keçirən Baş nazirin müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, məcburi köçkünlər dövlətin tikdiyi evlərə növbə ilə köçürülürlər: “İnşa edilən binalara ilk növbədə ağır şəraitdə yaşayan məcburi köçkünlər köçürüləcəklər. Bununla əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ciddi şəkildə işlər aparır. Daha çox ehtiyacı olan kateqoriyalı köçkünlər inşa olunan evlərlə təmin ediləcək. Hədəfimiz isə ondan ibarətdir ki, bütün məcburi köçkünlər evlərlə təmin olunsunlar. Bu binada təhlükəsizlik problemləri mövcuddur. Binanın cəmi bir çıxışı var. Biz mümkün olan bütün tədbirləri həyata keçirəcəyik. Bu binadakı sakinlər müvəqqəti olaraq yerləşdiriləcəklər”.

Şərhlər

Sedaqet 2019-04-10 14:44:11

Çox heyif ki sizin kimi adamlara vezife verir prezident . Sizin işə yaramamağınız prezidentin apardığl islahatlara və siyasətə kölgə sallr. Gerek yanğın ola yadıva işləmək düşsün?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol