Xəbər verdiyimiz kimi, “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa verib. Bu haqda məlumatı klubun rəsmi saytı yayıb.
Məsələ ilə bağlı Tale Heydərovun özü ilə əlaqə saxlamaq mümkün olmasa da, onun babası, millət vəkili Fəttah Heydərov qısa açıqlama verib. Fəttah Heydərov Tale Heydərovla bağlı xəbəri saytlardan gördüyünü deyib: "Əslində xəbəri indicə saytlardan oxudum. Tale Heydərovun prezidenti olduğu "Qəbələ" İdman Klubundan istefa verməsinə təəccübləndim. Özü ölkə xaricində olduğu üçün hələ ki, heç bir məlumatım yoxdur".
Qeyd edək ki, T. Heydərov 2006-cı ildən bu vəzifədə fəaliyyət göstərirdi (sonxeber.az)


Şərhlər
Bu ailəyə bu qədər yer ayirmağı düzgün hesab etmirəm.Ölkədə ən cox nifrətə layiq biriləri.Bütün varlıqları monopoliya ve soyğunculuq üzərində bərqərardi.Uşaq yemək və pamperslərinin monopoliyası üzərində özlərinə imperiya qurublar.Allahın ədalət qılıncı başlarına enər inşallah.
Yaxşı bir təklifim var bu kluba rəhbərliyi bəlkə Cavid və ya Salehin oğullarına verək qaldırsınlar. Deyirəm dana qaddan alım ey bəşduxuba.
Tale istefa verib və ya verdiriblər? Əsas məsələ budur. Birdə ki nə qədər ollkəyə pul xərcləsinlər axiri onun bunun adına cixsin hə?