Menu

"Dağlıq Qarabağda işləyə bilməmək qəbuledilməzdir” - Yaqland

11.04.2019, 14:32
"Dağlıq Qarabağda işləyə bilməmək qəbuledilməzdir” - Yaqland

“Avropa Şurası monitorinq orqanlarının və insan haqları üzrə komissarın Dağlıq Qarabağda işləyə bilməməsi qəbuledilməzdir”. ONA-nın Avropa bürosunun verdiyi xəbərə görə, bu sözləri Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi mətbuat konfransı zamanı deyib.

O, qeyd edib ki, insan haqları üzrə komissar və Avropa Şurası monitorinq orqanları istədiyi bölgələrdə işləyə bilməlidir: “Onların görəcəyi iş bu bölgələrin siyasi statusundan hər hansı şəkildə təsir görməməlidir. Avropada bəzi bölgələr var ki, oralarda işləmək mümkün deyil. Biz onları “boz zona” adlandırırıq. Bu bölgələrdən biri də Dağlıq Qarabağdır. Bu bölgədə işləyə bilməmək qəbuledilməzdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol