Menu

«Türkiyə eyni vaxtda F-35 və S-400-ə sahib ola bilməyəcək» - POMPEO

11.04.2019, 15:21
«Türkiyə eyni vaxtda F-35 və S-400-ə sahib ola bilməyəcək» - POMPEO

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo çərşənbə günü ABŞ Konqresinin Senatının xarici işlər komitəsindəki dinləmələr zamanı çıxışında bəyan edib ki, Birləşmiş Ştatların fikrincə, Türkiyə eyni vaxtda öz silahlanmasında F-35 qırıcı-bombardmançı təyyarələrinə və S-400 zenit-raket sisteminə malik ola bilməyəcək. Vaşinqtonun fikrincə, bu, sadəcə texniki baxımdan mümkün deyil.

«Pentaqonda mənə izah etdilər ki, eyni vaxtda S-400-lərin fəaliyyət göstərdiyi hava məkanına F-35 təyyarələrini buraxmaq mümkün deyil. Bu texnika mövcud ola bilməz. Biz, bunu Türkiyəyə xarici siyasət və hərbi rabitə kanalları ilə açıqca anlatdıq. Bu, ciddi texniki problemdir» - deyə, Pompeo qeyd edib.

Dövlət katibi növbəti dəfə xatırladıb ki, Vaşinqton Ankaraya «Petriot» zenit-raket kompleksi təklif edib: «Bu təklif baxılma mərhələsindədir, detalları üzərində iş gedir».

Onun sözlərinə görə, ABŞ Türkiyəyə açq bildirib ki, bu ölkə F-35-lər üçün mühüm komponentlər istehsal edir və təkcə təyyarələrin alıcısı yox, həm də istehsal prosesi çərçivəsində tədarük zəncirinin bir hissəsidir.

«Biz, anlatdıq ki, əgər onlar S-400 alarsa, o zaman bütün bunlar baş tutmayacaq». Dövlət katibi istisna etməyib ki, bu saziş «Sanksiyalarn vasitəsilə ABŞ-ın rəqiblərinə qarşı durmaq» haqqında qanuna uyğun olaraq, Türkiyəyə qarşı ABŞ sanksiyalarına səbəb ola bilər.

Çərşənbə günü Pompeo Türkiyə hakimiyyətinə xəbərdarlıq edib ki, S-400-ləri yerləşdirəndən sonra, Ankara daha F-35 təyarələrinin yaradılması və əldə olunması proqramında iştirak edə bilməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol