Menu

Rusiya Federasiya Şurasının nümayəndə heyəti Azərbaycana gəlib

11.04.2019, 16:20
Rusiya Federasiya Şurasının nümayəndə heyəti Azərbaycana gəlib

Rusiya Federasiya Şurasının nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, nümayəndə heyətinə Federasiya Şurasının sədri Valentina Matviyenko rəhbərlik edir.

Səfər zamanı Milli Məclisinin sədri Oqtay Əsədovla danışıqlar aparılması planlaşdırılır.

Tərəflər ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini, ikitərəfli və çoxtərəfli əsasda parlamentlərarası qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Səfər zamanı Rusiyanın Federasiya Şurasının sədri Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin açılış mərasimində çıxış edəcək, Bakının mədəniyyət, idman və sosial-infrastruktur obyektlərinə baş çəkəcək.

Nümayəndə heyətinin tərkibinə həmçinin Federasiya Şurasının sədr müavini, iki ölkənin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının həmsədri İlyas Umaxanov, Federasiya Şurasının sədr müavini Andrey Turçak, Həştərxan vilayətinin və Dağıstanın regional parlamentlərinin senatorları və başçıları daxildir.

Şərhlər

vidadi goyce 2019-04-11 16:20:44

esli turk olan bu yakutiyali xanim Azerbaycana xosh gelir,ona bir sual ey turk kokenli sedr,dunyanin ilk fahisheleri olan ermenileri niye bu qeder it sevgisi ile qoruyursunuz+

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol