Menu

Bakının Baş Planı 11 milyon manata başa gələcək

13.04.2019, 12:08
Bakının Baş Planı 11 milyon manata başa gələcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakının Baş Planın hazırlanması ilə bağlı keçirilən açıq tenderin qalibi Almaniyanın “AS+P” şəhərsalma şirkəti olub.

“AS+P” şirkəti ilə 6 mln. 391 min 231 dollar ( 10 mln. 865 min 92 manat) məbləğində satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlığa cəlb etdiyi “AS+P” şirkəti ilə birlikdə Bakının Baş planının hazırlanması prosesinin 2-ci mərhələsinin reallaşdırılması fazasına start verir. Bu mərhələdə görüləcək işlər 1-ci mərhələdə “Boston Consulting Group” beynəlxalq məsləhətçi şirkətinin iştirakı ilə Komitə tərəfindən hazırlanmış Bakı şəhərinin inkişaf konsepsiyası ilə müəyyənləşdirilmiş inkişaf prioritetləri üzərində qurulacaq. /finans.az

Şərhlər

Fəramz 2019-04-13 12:08:06

35 illik xaotik tikinti, R. Allahverdiyevlə H Abutaçllıbovun özlərinə
faydalı icazələri və bu iki personandan icazə almağa ehtiyac duymayan developerlərin hoqqalarından sonra Bakı o günə düşüb ki, onun "Baş planından" danışmaq 7 övladı, 15 nəvəsi və 9 kötükcəsi olan Fatı qarını bakirə kimi ərə veriləcəyi kimi bəyanata bərabərdir. Kimi aldadırsınız? Heç bir şəharsalma, düşünülmüş planlaşdırma qanunlarına əməl olunmadan tikilmiş minlərlə binadan sonra "baş plan" sadəcə mümkün deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol