Menu

Bu il Bakı metrosuna 6 yeni vaqon alınacaq

13.04.2019, 12:34
Bu il Bakı metrosuna 6 yeni vaqon alınacaq

Bu il istismarını başa vurmuş 6 vaqon xətdən kənarlaşıdırılacaq.

"Report" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin vaqonların əsaslı təmiri xidmətinin rəisi Kamran İsmayılov bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, qatarların istismar müddəti 31 ildir: "İstismarını başa vurmuş 81-714/717 tipli 6 vaqon xətdən uzaqlaşdırılaraq əvəzində bu il 81-765 tipli "Metrovaqonmaş" istehsalı olan 6 vaqon alınacaq. Bu vaqonların istehsalında ən aparıcı sistemləri tətbiq olunub".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol