Menu

Axşam saatlarında bəzi küçələrdə hərəkət məhdudlaşdırılacaq

13.04.2019, 13:40
Axşam saatlarında bəzi küçələrdə hərəkət məhdudlaşdırılacaq

74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Ş.Bədəlbəyli küçəsinin R.Behbudov və S.Vurğun küçələri ilə kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.

Bu barədə Trend Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

Məlumata görə, bu məqsədlə bu gün axşam saat 23:00-dan aprelin 14-ü səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol