Menu

ABŞ neft ixracını 2 dəfə çoxaldıb

16.04.2019, 08:23
ABŞ neft ixracını 2 dəfə çoxaldıb

ABŞ 2018-ci ildə neft ixracını 2 dəfə çoxaldaraq gündə 2 milyon barelə çatdırıb.

ONA TASS-a istinadən xəbər verir ki, bu haqda məlumatı ABŞ-ın Energetika nazirliyinin İnformasiya idarəsi yayıb.

Məlumata əsasən, 2017-ci ildə amerikan neftinin ixracı gündə 1,2 milyon barel olubsa, 2018-ci ildə bu rəqəm 2 milyona çatıb.

Energetika nazirliyi bildirib ki, ötən il ABŞ nefti dünyanın 42 ölkəsinə ixrac edib. Əsas ixrac regionu Asiyadır.

ABŞ da neft ixracının artmasını hasilatın artması ilə bağlayırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol