Menu

Belçikadan üç azərbaycanlı ailə deportasiya olunub

16.04.2019, 11:33
Belçikadan üç azərbaycanlı ailə deportasiya olunub

Belçika Krallığında üç azərbaycanlı ailə miqrasiya ilə bağlı saxta sənədləşdirmə ittihamı ilə ölkədən deportasiya olunublar.

“Report”un Avropa bürosunun məlumatına görə, Azərbaycan əsilli Ağayev Nemət (3 nəfər), Nisanov Avram (3 nəfər) və Məmmədov Şirinə məxsus ailələr ölkədən çıxarılıblar.

Ailələrdən biri Rusiya, digər ikisi isə Ukrayna vətəndaşıdır. Azərbaycanlı ailələr vətəndaşları olduqları ölkələrə göndəriliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol