Menu

Suriyada yeni hökumət elan edildi

28.08.2014, 09:02
Suriyada yeni hökumət elan edildi

Əvvəlki kabinetin 19 naziri hökümət postlarını qoruyub saxlaya bilib

Çərşənbə günü Şamda yenə yenidən Vail Nader əl-Halqinin başçılıq etdiyi hökümət elan edilib.

Dövlətin XİN (Valid Muallem), DİN (Muhammed əş-Şaar) və Müdafiə Nazirliyi (Fəhd Casem əl-Freyc) kimi əsas rəhbərliklər olmaq, əvvəlki kabinetin 19 naziri hökümət postlarını qoruyub saxlaya bilib.

Nazirlərin əksəriyyəti iqtidarda olan Ərəb Sosial Dirçəliş Partiyasına aiddirlər. Əl-Halqiyə kabineti qurmaq üçün 19 gün vaxt verilib.

Qeyd edək ki, Əl-Halqi keçmiş səhiyyə naziri olub. Prezidentə məxsusi yaxınlığı ilə seçilən Əl-Halqi 2012-ci ilin 9 avqustunda baş nazir elan edilib. Belə ki, onun Suriyadan qaçıb İordaniyaya sığınan sələfi Riad Fərid Hicab Əsədə qarşı çıxaraq müxalifətə qoşulmuşdu.  /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol