Menu

Rusiyanın yeni Ensiklopediyasında Xankəndi haqda nə yazılıb? - Ekspert açıqladı

17.04.2019, 09:39
Rusiyanın yeni Ensiklopediyasında Xankəndi haqda nə yazılıb? - Ekspert açıqladı

Baş redaktorları erməni əsilli akademik V. İ. Danilov-Danilyan və akademik A.D. Nekipelov olduğu Rusiyanın nüfuzlu “Novaya Rossiyskaya Ensiklopediya”sında  Xankəndi ilə bağlı da məlumatlar dərc edilib.  “AzPolitika.info”-nun məlumatına görə, bu barədə yaxın günlərdə Moskvada səfərdə olmuş  tanınmış təhsil eksperti Etibar Əliyev öz “facebook” hesabından paylaşdığı yazıda məlumat verib.

Təhsil eksperti mövzuya həsr etdiyi “Facebook” statusunda yazır: "Rusiyanın nüfuzlu “Novaya Rossiyskaya Ensiklopediya”sının 15-ci cildində Stepanakert haqqında məqalə (məlumat) dərc olunub (səh 294). Məqaləni olduğu kimi oxucuların diqqətinə çatdırıram:

STEPANAKERT (azərbaycanca adı-Xankəndi). Azərbaycanda şəhər. Tanınmamış Dağlıq Qarabağ Respublikasının paytaxtı. Əhalisinin sayı 53,3 min nəfərdir (2012). Azərbaycan hökumətinin nəzarətində olan şəhərlərlə əlaqəsi kəsilib. Avtomobil yolu Şuşa –Qoris-Yerevan.

Əhalinin köçürülməsi Orta əsrlərdən başlayıb. XIX əsrin əvvəllərində Xankəndi adı ilə Rusiya imperiyasının tərkibində olub. Xankəndi adını 1923-cü ildə Bakı komunnasının rəhbərlərindən biri olan Stepan Şaumyanın adı ilə dəyişiblər. 1923-91-ci illərə qədər Dağlıq Qarabağ Muxtar Vilayətinin Mərkəz i Azərbaycan SSR-nin tərkibində olub. 1987-ci ildə etnik zəmində ermənilərlə azərbaycanlıların toqquşması Qarabağ münaqişəsinin yaranmasına səbəb oldu. 1980-ci illərin sonu, 90-cı illərin hərbi toqquşmalarının nəticədində azərbaycanlılar şəhəri tərk edib.

Şəhərdə yüngül (ayaqqabı və başqa) və yeyinti sənayesi (şərabçılıq və başqaları) müəssisələri var. Görməli yerlər: mərkəzi meydanda inzibati binaların ansanbılı (1960-70-ci illərdə inşa olunublar), “biz - bizim dağlarımızıq” monumenti (1967), Arsax dövlət Universiteti (əsası 1969-cu ildə qoyulub, indiki statusunun tarixi 1992-ci il), Tarix-ölkəşünaslıq muzeyi, V. Papazyan adına Dramatik teatr (1932-ci il) 11 km Şimaldan Cənuba doğru Qarabağ xanlığının paytaxtı Şuşa şəhəri yerləşir. Bu şəhərdə XVIII-XIX əsrlərdə tikilmiş yuxarı Gövhər-ağa məscidi və çox saylı tarixi abidələr yerləşir.

Zəruri qeyd: “Novaya Rossiyskaya Ensiklopediya”nın Baş redaktorları erməni əsilli akademik V. İ. Danilov-Danilyan və akademik A.D. Nekipelovdur".

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol