Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sifarışınə əsasən, Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti tərəfindən Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyasının hazırlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.
"Report"un xəbərinə görə, bildirilib ki, həyata keçirilən işlər çərçivəsində BŞİH tərəfindən Monitorinq Mərkəzi yaradılıb.
Qeyd olunub ki, hazırda ölkəyə 1 540 ədəd plastik konteyner gətirilib. Konteynerlər Bakının 4 rayonunda (Səbail, Nərimanov, Yasamal və Nəsimi) qoyulub, daha 3 rayona (Binəqədi, Nizami və Xətai) bu konteynerlərin verilməsinə başlanılıb. Bu, mərhələli şəkildə həyata keçirilir.
"Report"un əldə etdiyi məlumata görə, bir ədəd konteynerin qiyməti 153 avrodur.


Şərhlər
Deyirem rehmetlik Heyder Eliyev valyutaya zibil qutusu alanlari yeqin ki, carmixa cekdirerdi. Bu plastik qablari istehsali etmek ucun 5-10 qelib kifayet eder ki istenilen qeder "wtampovka" edesen. Kosmosa raket gonderen olke zibil qablarini xaricden avroya getizdirmez.
Quzunu Yemek ucun Bulaq bir Behanedir !
OTKAT NECE OLSUN BES?
Zibil qutusu nedir ki, onu da xaricden getirirler?!....
coxmu cetindir bunu olkede istehsal etmek?