Menu

Oqtay Əsədov Valentina Matviyenkonu xüsusi medalla təltif edib

18.04.2019, 21:52
Oqtay Əsədov Valentina Matviyenkonu xüsusi medalla təltif edib

MDB Parlamentlərarası Assambleya Şurasının iclası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ilə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko arasında ikitərəfli görüş olub.

"Report"un Rusiya bürosu xəbər verir ki, görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Görüş zamanı Oqtay Əsədov Valentina Matviyenkonu Azərbaycan Parlamentinin 100 illik yubileyinə həsr edilmiş xüsusi medalla və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəxri medalı ilə təltif edib.

Şərhlər

Cəfər 2019-04-18 21:52:02

Valentina Matviyenkonun Azərbaycana hansı xidmətlərinə görə təltif edilib? Qarabağın işğalında Rusiyanın iştirakına görəmi,yoxsa 26 il işğalda saxldığına görəmi və ya nə üçün? Maraqlı deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol