AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının yetkinlik yaşına çatmamış qızına hücum edən şəxs inzibati qaydada 15 günlük həbs cəzasına məhkum edilib.Dünən Tural Qarayev İnzibati Xətalar Məcəlləsinin 510-cu (kiçik xuliqanlıq) maddəsi ilə təqsirli bilinib. Amma bu qərar ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Çoxları 14 yaşlı qızı vuran və onu açıq şəkildə təhdid edən şəxsə verilən cəzanın qeyri-adekvat olduğunu qeyd edirlər.
Hüquqşünas Əlaif Həsənov "Turan"a bildirib ki, Qarayevin əməllərində cinayət tərkibi var. Onun fikrincə, polisin əməlləri inzibati hüquqpozma - "kiçik xuliqanlıq" olaraq tövsif etməsi yanlışdır.
Həsənovun fikrincə, zorakılıq faktı varsa, bu, CM-in 221-ci (xuliqanlıq" maddəsi ilə tövsif edilməlidir.
O, bədəməlin "xalq qarşısında üzr istəmək" tələbini də şübhəli adlandırıb. O, yeniyetməyə hücum edən şəxsin yüngül cəza almasını təhlükəli təmayül hesab edir. Bu, digər müxalifətçilərin övladlarına qarşı bu cür əməllərin təkrarlanmasına gətirib çıxara bilər.
Xatırladaq ki, müxalifətçinin qızına aprelin 18-də metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında hücum edilib. Tural Qarayev yeniyetməni vuub, onu 162 saylı məktəbin 8-ci sinif şagirdinin intiharı ilə bağlı etiraz aksiyası təşkil etməkdə ittiham edib.


Şərhlər
Bu məsələ tam kökündən araşdılrılıb,ciddi cəzalanmalıdır.Bu Tural deyilən "adam" bu hərəkəti heç də özü fikirləşməyib.Onun bu hərəkəti bütün Azərbaycan cəmiyyətini kimliyindən asılı olmayaraq,ayağa qaldırmalıdır.Onun bu fiziki və mənəvi terror hərəkəti bir vətəndaş kimi məni çox hiddətləndirdi.
14 yaşlı qız uşağına garşı güc göstərmək qanmazlıqır. Daha ağır cəza almalıdır ki, başqalarına dərs olsun. Elina nə tez yaddan çıxdı?
Burada təhlükəli bir şey varsa o da müxalifətçilərə deyil, həmin mərdimazarlara qarşı ola bilər. Gələn dəfə bu cür hadisə törədəni ictimailəşdirməkdən əvvəl həmin şəxsi tapıb xəstəxanalıq edərlər. Bu qədər sadə!
BU TROL QARAYEV GUYA İQTİDAR İSTƏYƏN OLUB? ONA VƏZİFƏ LAZIMDIR.ONA GÖRƏ "SABUNLANIR". MEHRİBAN XANIMİN İSƏ SAMİRALDOSİFƏT "VƏKİLLƏRƏ" EHTİYACI YOXDUR.
Bəli, çox təhlukəlidir. Bu, insanları digər yollarla cəzalandırmaga zövq edə bilər.Az yaşlı yeniyetməyə əxlaqsız sözlərlə təhqir etmək,açıq zorakılıq göztərib təhdit etmək, yuksək çinli insanların adını çəkib, məcburi qaydada ondan uzr istəməsini təhdidlə tələb etmək və 15 sutka cəza....