Menu

“Bütün bəşəriyyətə qarşı yönəldilib” - Ərdoğan Şri-Lankadakı terror aktları haqqında

21.04.2019, 14:51
“Bütün bəşəriyyətə qarşı yönəldilib” - Ərdoğan Şri-Lankadakı terror aktları haqqında

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şri-Lankada kilsələrdə və otellərdə törədilən terror aktlarını qətiyyətlə pisləyib. Bu barədə T.Ərdoğan öz "Twitter" səhifəsində yazıb.

Türkiyə prezidenti bildirib: "Pasxa bayramı zamanı törədilən terror aktlarını qətiyyətlə pisləyirəm. Bu hücumlar bütün nəşəriyyətə qarşı yönəldilib".

T.Ərdoğan öz və bütün Türkiyə xalqının adından terror aktlarında həlak olanların ailələrinə başsağlığı, xəsarət alanlara isə tez bir zamanda sağalmalarını diləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol