Menu

"S-400"lər Türkiyənin cənub və qərbində quraşdırılacaq

24.04.2019, 00:33
"S-400"lər Türkiyənin cənub və qərbində quraşdırılacaq

Rusiya istehsallı S-400 zenit-raket kompleksləri Türkiyənin cənub və qərbində quraşdırılacaq. Bu barədə Türkiyə mətbuatı məlumat verib.

İlkin məlumata əsasən, bu komplekslər Türkiyənin qərbində, Egey dənizi sahilləri boyunca yerləşən vilayətlərdə, həmçinin Suriya ilə sərhəddə, Hatay vilayətində quraşdırılacaq.

Türkiyə Müdafiə Nazirliyi xəbəri hələ şərh etməyib.

Bundan əvvəl S-400-lərin Ankara və İstanbulda yerləşdiriləcəyi bildirilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol