Menu

BP son 27 ildə Azərbaycana 70 mlrd. dollar investisiya yatırıb

24.04.2019, 15:58
BP son 27 ildə Azərbaycana 70 mlrd. dollar investisiya yatırıb

“Xəzər dənizi hövzəsində enerji resursları ən az olan ölkə Azərbaycandır. Amma bu resursların ən səmərəli idarə olunduğu ölkə də Azərbaycandır”.

"Report" xəbər verir ki, bunu “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Bundan başqa, onun sözlərinə görə, təmsil etdiyi şirkət son 27 ildə Azərbaycana 70 mlrd. ABŞ dollardan artıq investisiya yatırıb.

“Bu illər ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 3,5 mlrd. barel neft hasil olub, 44 mlrd. kubmetrdən artıq səmt qazı hasil edilərək dövlətə təmənnasız təhvil verılıb. “Şahdəniz” yatağından isə ümumi qaz hasilatının həcmi 100 mlrd. kubmetrdir", - deyə B.Aslanbəyli qeyd edib.

Şərhlər

Neft mühəndisi 2019-04-24 15:58:40

Сənab BP vitse-Prezidenti, Azərbaycan xalqı bütöv məlumatı daha yüksək qiymətləndirir. 25 ildə Azərbaycan neftinə qoyulacaq cəmi 13 milyard nədən 70 milyardı keçib? Sorğu doğuran isə BP-nin həmin kapitaldan qazancıdır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol