Menu

Boğazına kəndir dolanan yeniyetmə boğularaq ölüb

24.04.2019, 20:20
Boğazına kəndir dolanan yeniyetmə boğularaq ölüb

Samux rayonunda boğazına kəndir dolanan 12 yaşlı yeniyetmə boğularaq ölüb.

"Report"un məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 2007-ci il təvəllüdlü Tunar Rauf oğlu Baxşəliyev yelləncəkdə yellənən zaman kəndir boğazına dolanıb. Nəticədə yeniyetmə boğularaq ölüb.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol