Xalq yazıçısı Çingiz Abdullayev İçərişəhərdə divarın uçurulmasına və restoran tikintisinə qarşı çıxıb.
O, özünün “Facebook” səhifəsində doğma şəhərinin qorunması naminə mitinqə birinci çıxacağını bildirib. “İçərişəhər bizim şəhərimizin, xalqımızın simvollarından biridir. Yaddaş, ənənə, keçmiş və indimiz, tarix, əfsanəmizdir. Bu, bizim irsimizdir. Hər yerdə qala divarının dağıdılmasının fotoşəkilləri var. Restoran barədə danışırlar. Hələ heç nə aydınlaşmamış vaxtından əvvəl qərar vermək istəmirəm.
Lakin dəqiq bilirəm ki, bütün bunlar yolverilməzdir və çox yanlışdır. Əgər lap bərpa işləri də gedirsə, orada heç restoran olmayacaqsa belə (lakin deyirlər ki, yenə olacaq). Axı insanları belə dəlilik səviyyəsinə çatdırmamaq mümkündür. Mətbuat katibləri, yaxud məlumat xidmətləri vasitəsilə insanlara nəyin baş verdiyini izah etmək olar. Kimsə mənə izahat versin ki, nəyə görə mütəmadi olaraq insanları alçaldıb, onların fikirləri və istəkləri ilə hesablaşmırlar. Nə qədər olar?” – Çingiz Abdullayev yazır.
“Bir daha dəqiqləşdirim – bu qeyd dağıdılmış divar haqqında deyil. Bu qeyd bu şəhərdə yaşayan insanlara dərin hörmətsizlik haqqındadır. Bu, Mənim şəhərimdir. Pirşağıdakı qəbiristanlıqda mənim 40-a yaxın ən əziz qohumum dəfn olunub. Bakıda valideynlərim dəfn edilib, burada uşaqlarım anadan olub.
Bu, bütün dünyada ən çox sevdiyim şəhərdir. Və əgər sabah bu şəhərin qorunması naminə mitinq olacaqsa, mən birinci olaraq onun müdafiəsinə qalxacağam. Bu şəhərdə bizim hazırkı Prezidentimiz anadan olub. Bu, onun da şəhəridir. Bu şəhərdə bizim Birinci vitse-prezidentimiz də dünyaya gəlib. Bu, onun da şəhəridir. Bu, bizim şəhərimizdir! Biz də müdafiə etməsək, onu kim müdafiə edəcək?” – Çingiz Abdullayev bildirib.(Virtualaz.org)


Şərhlər
Bakinin idaraciliyi kollegial olmalidir sahar baladiyyasi yaradilmalidir ki bu yaramazliglarin garsisi alinsin BIH nin 10 matrliyinda bu bas verir hec tuklarida tarpanmir gorasan hansi sababdan
Qəzetin baş yazarı olanda belə bir məqalə yazmışdım. İçəri şəhərin qala divarını sökən məmurun əlacı olsa tarixi isrimizi məhf edər. Görürəm ki uzaqgörənlik etmişəm. Düzdür həmin ərəfədə Hacıbala müəllimin bacısı oğlu Vuqar mənə irad bildirdi amma nədən ya? Mən ki düz yazırdım.
Bismillahir-Rəhmanir-Rəhim. Hörmətli, əvəz olunmaz xidməti olan, Xalq yazıçısı Çingiz Abdullayev deyir ki, əgər sabah bu şəhərin, doğma şəhərin qorunması naminə mitinq olacaqsa, mən birinci olaraq onun müdafiəsinə qalxacağam. O çox düz deyir. Başqa bir vacib məqama fikir verin ,həmdə bilmək istəyirəm ki, Xalq yazıçıları alimlər, Qarabağın qorunması naminə mitinqə dəvət olunanda niyə iştirak etmədilər? Bu məsələni çox şişirtmək istəməzdim! Bu arada, imam üçün ağlayanda, bir az da yezid üçün ağlamaq lazımdır.
Men cox isteyerdim ki, bu weherde dogulmuw Elina ozunu mekteb penceresinden atanda da siz bu cur etiraz sesinizi qaldirardiniz! Mekteblini mektebde intihar heddine catdirdilar olkede bir ziyali buna munasibet bildirmedi. Weherin qeydine qaldiginiz kimi onun vetendawlarini da qorumaq lazimdir!
Bu Məmləkətdə hər şey deqradasiyaya olunub: İqtisadiyyat, hüquq sistemi, təhsil,səhiyyə, din, mənəvi dəyərlər sistemi, əxlaq....Bu qədər problem yaradan sistemə ağsaqqal və ziyalı səsi çıxmırsa, deməli bu institutun ancaq adı var. Çox heyif səndən,Vətən.