Zaxarçenko “çox hörmət” etdiyi Putinin sözünü yerə salmadı
Qondarma Donetsk Xalq Respublikasının (DXR) rəhbərliyi RF prezidenti Vladimir Putinin mühasirədə qalan Kiyev güclərinə humanitar dəhliz açılması təşəbbüsünü dəstəklədiklərini bildiriblər.
ANS PRESS-in məlumatına görə,bu barədə 29 avqust "Россия 24" kanalında “DXR” baş naziri Aleksandr Zaxarçenko bildirib.
“Bizə birinci növbədə mənəvi yardım edən bir ölkənin prezidenti Vladimir Vladimiroviç Putinə hörmətlərimi bildirərək, silahların gələcəkdə bizə qarşı istifadə olunmaması niyyəti ilə, tərksilah olduqları təqdirdə bu bölgədə mühasirədə qalan Ukrayna bölmələrinə humanitar dəhlizin verilməsinə hazırıq”- deyə Zaxarçenko bildirib.
Xatırladaq ki, RF prezidenti Vladimir Putinin cümə günü separatçılara müraciəti yayılıb.


Şərhlər