Menu

"Anar adlı yazıçının olduğunu bilmirdim..." - Elinanın anasından cavab 

25.04.2019, 22:51
"Anar adlı yazıçının olduğunu bilmirdim..." - Elinanın anasından cavab 

162 saylı məktəbin intihar edən şagirdi, 14 yaşlı Elina Hacıyevanın anası Sevil Hüseynova Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, yazıçı Anarın fikirlərinə münasibət bildirib.

S.Hüseynova açıqlamasında bunları deyib: “Günahı olan onsuz da cəzasını çəkəcək. Mən ümumiyyətlə, Azərbaycanda Anar adlı yazıçının olduğunu bilmirdim. Düşünmürəm ki, Anarın hər hansı çıxışı kiməsə, əsasən də istintaqın işinə təsir edər. Çünki bununla vəkillər məşğuldur.

Kimsə günahkardısa, cəzasını alacaq. Çox adam söz deyə bilər, sözlərlə nəyisə dəyişmək mümkün deyil. Bu məsələ birbaşa cənab prezidentin diqqətindədir. Mən prezidentimə inanıram, əgər o bu məsələyə qarışıbsa, əməlləri gizlətməyə cəhd edənlər də cəzalandırılacaq. Kim günahkardısa, layiqli cəzasını alacaq. Deyilənlər isə boş sözlərdən başqa bir şey deyil”.

Qeyd edək ki, AYB sədri Elina haqqında yazıb. 14 yaşlı qızın intiharından təəssüfləndiyini bildirən Anarın ölümlə nəticələnmiş olayda adı hallanan Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovanı müdafiə etməsi diqqətdən yayınmayıb. Yazıçının bu mövqeyi sosial şəbəkədə narazılığa səbəb olub.

News24.az

Şərhlər

elman maxmudov 2019-04-25 22:51:29

Bu insani xalg yazici kimi gabul etmirsa o ozu natica cixartmalidir cunki xalgina xor baxan belalarini cox gorduk bu vazifa atalarindan galmayib

Filosof 2019-04-25 22:51:29

Kimliyinden asili olmayaraq her birimizin o cumleden menim de ve elece de hormetli Anar muellimin de bawina gele bilecek bir hadisedir. Sadece mene bir wey cox maraqlir,goresen Elinan yerinde Anar muellimin nevesi olmuw olsaydi o dogrudanmi xanim Bayramovani yene de bu cure destekleyerdi? Menim bawima geleceyi halda men de Anar adli yazici tanimazdim.

Pərviz Muradov 2019-04-25 22:51:29

Iller keçecek kitablar yazacaq ki, Anar adli bir yazıçımız vardı belə insan idi ele insan idi, belə şəxsiyyət idi ona heykel qoyaq, küçə adı verək. Karifey deyek, cavanlara örnək göstərək. Daha demeyecekler ki, ancaq öz menafeyi üçün ona buna yuxarılara yaltaqlanan saray şairi olub.

EJDER 2019-04-25 22:51:29

ELE YAZICININ OLMASININI BILMESEN YAXWIDI.EGER O,ZIYALI ,YAZICIDISA ,ONDA LUKAWENKO PAPA RIM SKI DI

t.ədalət 2019-04-25 22:51:29

Saytlarda Anar yazır ki, Elinanın ölümünə səbəb olanları müdafiə etməsinə görə xalqın hansı rəydə olması onun üçün maraqlı deyil.İntihara məcbur edilənin dərdini dərd sahibləri yaxşı bilər.Anarın xalqın rəyinə soyuqqanlıq göstərməsi onun kimliyini göstərir.Bu adam öz oğlunu da cəbhədə Vətənə xidmət etməkdən yayındırıb.Təəssüf ki dövlətimiz Vətənin dar günündə fədakarlıq göstərənləri deyil,fərariləri irəli çəkir.Amma xalqın yaddaşını pozmaq çətindir.Nə vaxtsa bunun da səbəbi araşdırılacaq..

t.ədalət 2019-04-25 22:51:29

Anar milli yazıçı deyil.Onun əsərlərində bizi milli müstəqilliyə çağıran heç nəyə rast gəlmədik."Gün keçdi" filminin qəhrəmanı milli memarlıqdan çox sosializm ideyalarının quludur.Ümumiyyətlə,əsərlərində "cəzalandırmaq istədiyi" antipodlar MİS rəisləri çərçivəsində məhdudlaşır.İki yüz ildən artıq bizi qətl ,azadlığımızı buxovlayan,torpaqlarımızı və sərvətlərimizi talan edən rus imperiyası haqqında xəfif də olsa münasibət bildirməyib..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol