«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları silah satışı barədə beynəlxalq müqavilədən çıxır. Bu barədə prezident Donald Tramp bəyan edib.
Prezident ratifikasiya prosesini dayandırmağı Senatdan xahiş edib.
Məlumat üçün bildirək ki, sözügedən müqvailə 24 dekabr 2014-cü il tarixindən fəaliyyət göstərir və ölkələr arasında silah dövriyyəsini tənzimləyir.
Sənədi 83 dövlət ratifikasiya edib. ABŞ müqaviləni imzalasa da hələ onu ratifikasiya etməyib.


Şərhlər
Bu Trampda bizim bəzi muğənilərimiz kimi gündəmdə qalmaq üçün gündə bir müqavilədən çıxır yada sanksiya verir.ABŞ dərk etməlidirki artıq hər şey gecdir düna əvvəlki kimi deyil nufuzu aqresivliklə qaytarmaq mümkün deyil umumiyətlə dünyada bütün inperiyalar belə aqresivlikdən dağılıblar.Amma şəxsən mən ABŞ-ın Rusyanın Çinin dağılmasını arzulamazdım özgə torpağlardan sərvətlərdən əl çəkməyini arzulayardım.